Qazaxıstanın Atrau şəhərində basketbol üzrə "Airom Cup" beynəlxalq turnirinə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycanı yarışda Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət milli komanda təmsil edir.
Turnirdə yığmamızla yanaşı, Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Qırğızıstanın "Edelveys", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.
Basketbolçularımız ilk oyunda "Edelveys"lə qarşılaşıb və 94:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.