Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Farer adalarına yola düşüb. Sport24.az xəbər verir ki, yığmamız bu ölkədə keçiriləcək Avropa Gümüş Liqasının 3-cü turunda mübarizə aparacaq.

 

İyunun 20-22-də baş tutacaq mərhələdə millimizin rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.

 

Qeyd edək ki, 4 turdan sonra yığmamız Avropa Gümüş Liqasında 3 xalla beşinci yerdədir.