Azərbaycanda yeni karate klubu yaradılıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, artıq "Xankəndi Karate Klubu" fəaliyyətə başlayıb. 34 il sonra azad olunmuş torpağımızda yaradılan kluba Murad Səmədzadə rəhbərlik edəcək. O, eyni zamanda, baş məşqçi funksiyasını da yerinə yetirəcək.

 

Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.