Məşhur UFC döyüşçüsü İslam Maxaçev və onun məşqçisi, keçmiş UFC çempionu Həbib Nurmaqomedov bu gün "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər. Sport24.az QOL.az-a istinadən xəbər verir ki, hər iki döyüşçü "Qarabağ" baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

 

Qeyd edək ki, bu idmançılar iyunun 21-də başlanacaq UFC turnirində iştirak etmək üçün Bakıya səfərə gəliblər.

 

Daha əvvəl UFC turnirində yarışan azərbaycanlı döyüşçü Rəfael Fiziyev də "Qarabağ"ın bazasını ziyarət etmişdi.