Moldovada "Billie Jean King Cup" tennis turniri davam edir. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları da müvarizə aparır.

 

Bu gün millimiz Albaniya tennisçiləri ilə qarşılaşmada qələbə qazanıb. İlk oyunda Lalə Eyvazova Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub - 2:0.

 

Albaniyalılar qoşa mübarizədən imtina etdikləri üçün millimiz yekunda 3:0 hesablı qələbə qazanıb.