Bu gün Bakıda keçiriləcək "UFC Fight Night: Hill vs Rountree Jr." turniri ilə əlaqədar olaraq "Baku Crystal Hall"dan "İçərişəhər" metro stansiyasına qədər ekspress avtobuslar fəaliyyət göstərəcək. Sport24.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası məlumat yayıb.

 

Bildirilib ki, saat 22:00-dan 01:30-a qədər "Baku Crystal Hall" yaxınlığında yerləşəcək xüsusi dayanacaqdan "İçərişəhər" metro stansiyasına doğru ekspress avtobusların hər 10 dəqiqədən bir hərəkət etməsi nəzərdə tutulub. Gediş haqqı ödənişsiz olacaq.

 

Bundan əlavə, Bakı Metropoliteninin iş rejimi 22 iyun saat 02:00-a qədər uzadılacaq. Saat 00:00-dan etibarən metroya giriş yalnız "İçərişəhər" stansiyasından mümkün olacaq.