İyunun 28-dən iyulun 11-dək Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.

Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatına hazırlığı iyulun 26-na kimi paytaxtda davam etdirəcək.

Millimiz Bakıda hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək. 

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. 

Oyunlarımızın təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan