Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu əcnəbi oyunçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, Katerina Melissa Ramirez Reyes Azərbaycan çempionunun heyətini tərk edib.
Kolumbiyalı voleybolçu ilə ilkin müqavilənin mövsümün sonuna kimi davam etməsi nəzərdə tutulsa da, o, Perudan gələn təklifə müsbət cavab verib. Blokçu karyerasını "Derortivo Soan" klubunda davam etdirəcək.