Qadın voleybolçulardan ibarət "Turan" klubu heyətinə yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, Tovuz təmsilçisi Yanq Hanyu Şandonqla 1 illik müqavilə bağlayıb.
Çin millisinin üzvü 2018-ci ildə yığma ilə dünya çempionatında bürünc medal qazanıb.
Xatırladaq ki, "Turan" son Azərbaycan çempionatının qalibidir.