UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb. Sport24.az-ın məlumatına görə, Finlandiyada keçirilən "KuPS" – "Sabah" qarşılaşması bu göstəriciyə görə 14 oyun arasında 11-ci yeri tutub.

 

Kuopiodakı matçı tribunadan 2980 azarkeş izləyib.

 

Ən yüksək göstərici isə Polşada baş tutan "Lex" – "Orhus" (Danimarka) görüşündə qeydə alınıb. "Sabah"ın III təsnifat mərhələsindəki rəqibinin də iştirak etdiyi qarşılaşmanı 36 min 215 azarkeş stadiondan izləyib.

 

Qeyd edək ki, "Sabah" Finlandiyada "KuPS"u 2:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti mərhələdə Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq.