İngiltərə millisinin üzvü Cordan Henderson "Brentford"dan ayrılıb. Sport24.az xəbər verir ki, artıq 36 yaşlı yarımmüdafiəçinin yeni klubu da bəllidir.

 

O, "Çelsi" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Henderso London klubu ilə 2 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, əsasən "Liverpul"dakı oyunu ilə tanınan futbolçu "Ayaks", "Sanderlend" və "Əl-İttifaq" klublarında da oynayıb.

 

Xatırladaq ki, "Çelsi" İngiltərə millisinin sabiq üzvü, 35 yaşlı hücumçu Dani Uelbeki də transfer etməyə yaxındır.