İtaliyanın "Milan" klubu Fransanın "Trua" komandasından müdafiəçi Sankun Diavaranın keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı fransalı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Transfermarkt" portalı bu transferin dəyərini 2 milyon avro kimi qiymətləndirib. Gənc müdafiəçi yeni komandasında 13 nömrəli formada çıxış edəcək.
Diavara "Trua"nın yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 18 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.