İspaniyanın "Real Madrid" futbol komandasının yarımmüdafiəçisi Cud Bellinqemin gələcəyi ilə bağlı diqqətçəkən məlumat yayılıb. Sport24.az xəbər verir ki, futbolçunun atası və agenti Mark Bellinqem mövsüm başa çatdıqdan sonra "Real Madrid" rəhbərliyi ilə görüşüb.
Tərəflər Cudun komandadan mümkün ayrılığını müzakirə ediblər.
Bildirilir ki, belə bir görüşün keçirilməsinə futbolçunun tərəfi ilə klub rəhbərliyi arasında futbolla bağlı fikir ayrılıqları səbəb olub.
Lakin "Real Madrid" Bellinqemin satılmasına razı deyil. Madrid təmsilçisi İngiltərə millisinin 23 yaşlı yarımmüdafiəçisini komandanın əsas futbolçularından biri hesab edir və onunla bağlı təklifləri nəzərdən keçirmək niyyətində deyil.