Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Sport24.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında birinci dövrənin son oyunları yanvarın 26-sı və 27-də baş tutacaq. 

Yanvarın 26-da “Neftçi” MOİK-i sınağa çəkəcək. Növbəti gün isə 3-cü turun son matçında ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. 

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa
3-cü tur

26 yanvar
18:00. Neftçi - MOİK

27 yanvar
16:00. Murov - Xarı bülbül