Kişi voleybolçular arasında Azərbaycan I liqasında IV turun oyunlarının vaxtı və keçirilmə yerləri müəyyənləşib. Sport24.az xəbər verir ki, yanvarın 30-da baş tutacaq tur “Murov” klubunu idman zalında təşkil olunacaq.

Günə saat 11:00-da B qrupunda mübarizə aparan “Veteranlar” və “Ryuqa” oyunu ilə start veriləcək. Ardınca “Masallı” “Azərbaycan Ali Hərbi Məktəbi” ilə qarşılaşacaq. 

Günün ikinci yarısında isə A qrupunun komandaları qüvvəsini sınayacaq. Saat 14:00-da “Həvəskarlar” “Murov-2” ilə üz-üzə gələcək. Tura “Təhsil” - “Əlincə” dueli ilə yekun vurulacaq. 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

I Liqa
IV tur

30 yanvar

B qrupu
11:00. “Veteranlar” – “Ryuqa”
12:30. “Masallı” – “Azərbaycan Ali Hərbi Məktəbi”

Turnir cədvəli: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6 xal, “Masallı” – 5, “Ryuqa” – 4, “Veteranlar” – 3, “Aura” – 0 

A qrupu 
14:00. “Həvəskarlar” – “Murov-2”
15:30. “Təhsil” – “Əlincə”

Turnir cədvəli: “Təhsil” – 6 xal, “Əlincə” – 4, “Murov-2” – 3, “Taleh-A.T”- 3, “Həvəskarlar” – 2