Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini yeni oyunçuyla gücləndirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı voleybolçu Anna Nyusomu heyətinə qatıb. Bu barədə “Azərreyl”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Anna son olaraq ABŞ-ın “San Dieqo” klubunda çıxış edib. O, 2014-2016-cı illərdə “Barselona”nın uğurları üçün çalışıb.