Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci raundunun oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, o, "Olimpiakos" (Yunanıstan) - Strumiça" (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

 

Qeyd edək ki, bu gün Yunanıstanın Piraeus şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.