"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib. Sport24.az-ın məlumatına görə, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında açıqlama verib.
 
O yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının turnirə qatılacağını bildirib.

Allahverdiyev yarışda Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qeifand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyini söyləyib.
 
Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.