"Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacam". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov şəxsi "Twitter" hesabında paylaşıb.

Yarımfinalda ABŞ təmsilçisi Uesli Soya məğlubiyyəti şərh edən 34 yaşlı qrossmeyster yaxşı oynamadığı etiraf edib: "Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm".

Rəcəbov sonda isə "Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram. Bunu arzulaya bilərəmmi" yazıb.

Qeyd edək ki, yarımfinalda uduzan Teymur bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.