Azərbaycan şahmat millisinin liderlərindən olan Teymur Rəcəbov Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. Sport24.az xəbər verir ki, bu barədə Anna şəxsi "İnstagram" hesabında paylaşıb. 

O, fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb. Daha sonra Teymur özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Bu yerdə bildirək ki, Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var. Elnarə Nəsirli SOCAR-ın və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızıdı.