Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri davam edir. Sport24.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda qələbə qazandıqdan sonra rusiyalı Yaroslav Remizovla heç-heçə edib.

 

O, 1,5 xal toplayıb və 21-ci yerdədir. Ryavan Əliyev 0,5 xalla 117-cidir.

 

Yarışa iki qələbə ilə başlayan Yan Nepomnyaşi liderdir.