Hindistanın Kəlküttə şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Tata Steel İndia" blits turniri start götürüb.

Sport24.az xəbər verir ki, iştirakçılar ilk gündə doqquz oyun keçirib.

Məmmədyarov görüşlərindən beşini qələbə ilə başa vurub. O, Domaracu Qukeş, Rameşbabu Praqqnanandha, Arcun Eriqaisi, Nihal Sarin (hamısı Hindistan) və Uesli Soya (ABŞ) qalib gəlib.

Hikaru Nakamura (ABŞ) və Parham Maqsudlu (İran) ilə heç-heçə edən 37 yaşlı qrossmeysterimiz Nodirbek Abdusattorov (Özbəkistan) və Vidit Santoş Qucratiyə (Hindistan) məğlub olub.

Beləliklə, 6 xal toplayan Məmmədyarov Eriqaisidən yarım xal geri qalaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Bu gün baş tutacaq daha doqquz turun görüşləri ilə turnirə yekun vurulacaq.

Xatırladaq ki, Məmmədyarov daha əvvəl "Tata Steel İndia"da rapid yarışında qüvvəsini sınayıb və altıncı olub.