Fransa Liqa 1-də 33-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, səfərdə "Havr"ı məğlub edən (3:1) "Marsel" Çempionlar Liqasına vəsiqə qazanıb.

 

Komandanın sona bir tur qalmış "4-lük"də qalacağı dəqiqləşib.

 

"Marsel" sonuncu dəfə 2022/23 mövsümündə Çempionlar Liqasında iştirak edib.

 

Komanda 33 turdan sonra 62 xalla ikincidir və çempion PSJ-dən 19 xal geri qalır.