Misli Premyer Liqasında 34-cu turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, beş matçda ümumilikdə 7501 fanat qeydə alınıb.

"Sabah" - "Şamaxı" (3:1) qarşılaşmasında 701, "Səbail" - "Zirə" (0:1) görüşündə 700, "Turan Tovuz" - "Neftçi" (1:2) duelində 4500, "Kəpəz" - "Sumqayıt" (1:0) oyununda 400, "Qarabağ" - "Araz-Naxçıvan" matçında 1200 tamaşaçı olub.

Qeyd edək ki, 35-ci tur 16-18 may aralığında keçiriləcək.