"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah keçmiş komanda yoldaşı Sadio Mane ilə münasibətlərinin soyuq olduğunu təsdiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "L"Équipe" açıqlamasında danışıb:
"Bəli, həqiqətən də Sadio ilə aramızda müəyyən gərginlik var idi. Amma biz həmişə peşəkar qaldıq və bunun komandanın oyununa heç bir təsir göstərdiyini düşünmürəm. Bütün böyük oyunçular hər zaman zirvəyə yüksəlmək barədə düşünür. O, əsl döyüşçüdür.
İnsanlar nə istəsə deyə bilər. Amma sizə bir faktı xatırlatmaq istəyirəm. Maneyə ən çox qol ötürməsi verən mən olmuşam. Bu faktdır. Sadəcə, bəziləri reallıqdan çox diqqətçəkən sərlövhələr fikirləşir. Mən medianın necə işlədiyini bilirəm. Mənim vicdanım təmizdir".
Qeyd edək ki, Sadio Mane hazırda "Əl-Nəsr"in formasını geyinir.