"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi karyerasında ona ən çox təsir edən futbolçunun adını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Give me Sport" portalına danışıb:

 

"Ronaldinyonun təsiri çox olub. O, məni ilk vaxtlarda qəbul etdi, köməyini göstərdi. Eləcə də, Xavi və Andres İnyesta, indi birlikdə oynadığım Serxio Buskets, Jordi Alba… Onlar mənim dostlarımdırlar və karyerama çox kömək olublar".