"Sabah" "Şamaxı" ilə oyunda üstün oynayaraq vacib qələbə qazandı. Bunun sayəsində turnir cədvəlində "Turan Tovuz"a bir qədər də yaxınlaşdı". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasında 34-cü turu çərçivəsində baş tutan matçları şərh edib:
"Turan Tovuz"a "Neftçi" ilə oyunda qalib gəlmək lazım idi. Tovuzlular 3 xal qazanacağı halda 4-cü yerdəki mövqelərini möhkəmləndirə bilərdilər. Ancaq son turlarda Tovuz təmsilçisi qalib gələ bilmir. Görünən odur ki, psixoloji eniş yaşayırlar. "Neftçi" isə matça arxayın çıxmışdı və layiqli qələbə qazandı.
"Kəpəz" - "Sumqayıt" görüşündə qonaqlar meydana motivasiyasız çıxmışdı. Vaqif Cavadov daha çox heyətdə rotasiya edir. "Kəpəz" isə yeni rəhbərliyin gəlişindən sonra daha da istəkli görünür. Bu da matçda özünü göstərdi.
"Araz-Naxçıvan" "Qarabağ"a yenilsə də, "Turan Tovuz"un da məğlub olması ilə təsəlli tapa bilər. "Qarabağ"a xallar önəmli deyil, daha çox kuboku düşünür. Bütün bunlara baxmayaraq, Ağdamlılar yenə üstün göründü və qalib gəldi".