"İnter" yay "transfer pəncərəsi"ndə hücumçular Marko Arnautoviç və Xoakin Korrea ilə yollarını ayırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, klub futbolçularla bu yay başa çatan müqaviləni uzatmağı planlaşdırmır.

 

Qeyd edək ki, 36 yaşlı Arnautoviç bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 26 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. 30 yaşlı Korrea isə 19 oyunda 1 qol və 4 məhsuldar ötürmə edib.