Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın təqvimində mühüm dəyişiklik edib. Qərar A milli komandanın Dünya Çempionatının pley-off mərhələsindəki həlledici oyunları ilə əlaqədar qəbul olunub. Sport24.az xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb. Beləliklə, "ay-ulduzlular"ın 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmaq yolundakı kritik matçlarına daha yaxşı hazırlaşması üçün 27-ci turun oyunları irəli çəkilib.

 

Rəsmi açıqlamaya əsasən, milli komandanın mart ayında keçirəcəyi və DÇ-2026-ya vəsiqə baxımdan həyati əhəmiyyət daşıyan pley-off oyunlarından öncə, "Trendyol Super Liqa"nın Mehmet Ali Yılmaz mövsümünün 27-ci tur matçlarının (əvvəlki tarix: 20-22 mart) 17, 18 və 19 mart tarixlərində keçirilməsi qərara alınıb.

 

Federasiya avrokuboklarda mübarizə aparan klublarla bağlı istisnaları da qeyd edib. Əgər Türkiyə təmsilçiləri Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanarlarsa, həmin klubların 27-ci turdakı oyunları qeyri-müəyyən müddətə təxirə salınacaq.

 

Dəyişiklikdən sonra qarşıdakı iki turun təqvimi aşağıdakı kimi formalaşıb:

 

26-cı tur (13-14-15 mart)

 

"Kocaelispor" - "Konyaspor"

"Gənclərbirliyi" - "Beşiktaş"

"Göztəpə" - "Alanyaspor"

"Qalatasaray" - "Başakşəhər"

"Antalyaspor" - "Qaziantep FK"

"Trabzonspor" - "Rizəspor"

"Samsunspor" - "Kayserispor"

"Kasımpaşa" - "Eyüpspor"

"Karagümrük" - "Fənərbaxça"

 

27-ci tur (17-18-19 mart)

 

"Göztəpə" - "Qalatasaray"

"Beşiktaş" - "Kasımpaşa"

"Başakşəhər" - "Antalyaspor"

"Eyüpspor" - "Trabzonspor"

"Kayserispor" - "Karagümrük"

"Fənərbaxça" - "Qaziantep FK"

"Konyaspor" - "Gənclərbirliyi"

"Alanyaspor" - "Kocaelispor"

"Rizespor" - "Samsunspor"