Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "doğma divarlar" arasında Frankfurt "Ayntraxt"ını qəbul edəcək.
Hazırda aktivində 7 xal olan Ağdam klubu turnir cədvəlində 25-ci, Almaniya təmsilçisi isə 4 xalla 33-cü pillədə qərarlaşıb.
Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" sonuncu - VIII turda, yanvarın 29-da səfərdə "Liverpul"un qonağı olacaq.
Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
"Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (hamısı İsveçrə).
VAR: Fedayi San (İsveçrə).
AVAR: Lukas Fendrix (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadonu.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Ayntraxt": 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Koç (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun
Baş məşqçi: Dennis Şmitt