"Tottenhem" "Liverpul"un yarımmüdafiəçisi Körtis Cons ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
London təmsilçisi bu ay yarımmüdafiə xəttini gücləndirmək üçün 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Lakin ingiltərəli oyunçu son iki ayda "Liverpul"un əsas heyətinə daxil olub və sıx rəqabətə baxmayaraq öz yerini təmin edib.
Qeyd edək ki, Cons bu mövsüm bütün turnirlərdə "Liverpul"un heyətində 27 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayında bitir.