"Qarabağ"ın iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda İngiltərənin "Liverpul" klubu ilə oyunu buraxa bilər. Sport24.az-ın məlumatına görə, söhbət Kevin Medina və Mateus Silvadan gedir.

Hər iki müdafiəçi sarı vərəqə limitindədir. Medina və Silva Liqa mərhələsində iki dəfə sarı vərəqə ilə alıblar.

Onlar bu gün "Ayntraxt"la qarşılaşma da "sarı" görsələr, "Liverpul"la görüşdə cəzalı durumda olacaqlar.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün saat 21:45-də start götürəcək. Azərbaycan çempionu "Liverpul"la yanvarın 28-də səfərdə üz-üzə gələcək.