"İnter" və Niderland millisinin müdafiəçisi Stefan De Vray karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-Hilal"a transfer olmağa hazırlaşır.

 

Ərəblər niderlandlının keçidini bu qış reallaşdırmaq istəyir. Ən pis halda isə De Vrayın transferi mövsümün sonunda baş tutacaq.

 

2018-ci ildə "Latsio"dan "İnter"ə keçmiş təcrübəli futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

 

O, "Feyenoord"un yetirməsi və sabiq futbolçusudur.