"Çelsi" və PSJ "Atletiko"nun hüçumçusu Xulian Alvaresi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Çelsi" argentinalı forvardı transfer etmək üçün yüksək məbləğdə təklif hazırlayır. Fransa nəhəngi də Alvareslə maraqlanır, lakin hələ rəsmi razılaşma yoxdur. Bu iki klub yayda 25 yaşlı hücumçunun keçidini həll etməyə çalışacaq.

Qeyd edək ki, Xulian Alvaresin "Atletiko klubu ilə müqaviləsi 2030-cu ilin yayında bitir.