"Liverpul"un baş məşqçisi Arne Slot Xabi Alonsonun onu əvəzləyə biləcəyi ilə bağlı sualı istehzalı şəkildə cavablandırıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Slot mətbuat konfransında zarafatla bildirib:
"Xabi Alonso mənə zəng edib dedi ki, altı ay sonra komandaya o rəhbərlik edəcək. Hətta bəlkə sabah…"
Daha sonra fikrinin zarafat olduğunu vurğulayan mütəxəssis əlavə edib:
"Bu, mənə verilən ən qəribə suallardan biridir. Nə deyə bilərəm ki?"
Qeyd edək ki, ingilis mətbuatına görə, əgər "Liverpul" Arne Slotla yollarını ayırarsa, Xabi Alonso baş məşqçi postu üçün əsas namizədlərdən sayılır.