Fransanın idman naziri Marina Ferrari jurnalistlərin DÇ-2026-nı mümkün boykot edilməsi ilə bağlı suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, dövlət rəsmisi bu barədə "RMC Sport"a açıqlama verib:

 

"Müzakirələrimizin bu mərhələsində nazirliyimiz bu böyük yarışı boykot etmək niyyətində deyil. Amma nə baş verə biləcəyi ilə bağlı heç bir proqnoz vermirəm. Həmçinin müəyyən siyasi bloklardan (boykot haqqında) fikirlər eşitmişəm. İdmanı və yarışları siyasətdən ayırmağımızda israr edirəm".

 

Qeyd edək ki, son günlər mediada yayılan məlumatlara görə, Avropa futbol liderləri Qrenlandiya ilə bağlı geosiyasi vəziyyətə görə bu yay Meksika, Kanada və ABŞ-nin ev sahibi olacağı mundialı ən yüksək səviyyədə mümkün boykot məsələsini müzakirə ediblər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus adanı almaq və ya ilhaq etmək istəyini açıq şəkildə bildirib.