Millimizin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstan "Arda"sının Türkiyədə təlim-məşq toplanışı başlayıb. Sport24.az xəbər verir ki, Cəlalın komandası toplanış çərçivəsində dünən ilk yoxlama matçına çıxıb. 

.

"Arda" Ukrayna təmsilçisi "Kudryovka" ilə qarşılaşıb.

 

Oyun 1:1 hesabı ilə başa çatıb. Hüseynov ilk dəqiqələrdən meydanda olub. 

 

Qeyd edək ki, "Arda" Antalyada "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.