Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "İstanbulspor"la qarşılaşıb.

 

Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Diniyev meydana start heyətində çıxıb və ikinci hissədə əvəzlənib. 

 

Hazırda "Çorum" 54 xalla 10-cu pillədə qərarlaşıb.