Аzərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" "Shamakhi Open" festivalı ilə davam edəcək. Sport24.az xəbər verir ki, yarış iyunun 27-də Şamaxıda başlayacaq.
A qrupunda 27 şahmatçı, B qrupunda isə 83 şahmatçının mübarizə aparacağı açıqlanıb.
Əsas turnirin reytinq favoriti Aydın Süleymanlı olacaq. "Sheki Open" turnirində ikinci yeri tutan ukraynalı Vitali Bernadski də Şamaxıda çıxış edəcək.
Qeyd edək ki, "Shamakhi Open" İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq və iyulun 3-də başa çatacaq.