Qadınlardan ibarət Azərbaycan milli komandası Minskdə təlim-məşq toplanışına start verib. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmanın Belarusla oyuna hazırlığı davam edir.

 

Futbolçularımız bu gün ilk məşqini keçib.

 

Qeyd edək ki, iyunun 28-də Jodinodakı "Torpedo" stadionunda ev sahibləri ilə keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İyulun 1-dəki qarşılaşma isə 2 saat tez Minskdə yerləşən "Traktor" stadionunda təşkil olunacaq.