Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb. Sport24.az xəbər verir ki, "transfermarkt" portalı Almaniyanın "Kayzerslautern" klubuna keçən hücumçunun qiymətini 1 milyon avro göstərib.

 

Mahirin dəyəri bundan öncə 800 min avro olaraq dəyərləndirilmişdi.

 

Mahir başa çatan mövsümü "Nürnberq"də keçirib və II Bundesliqada 24 oyunda 10 qol vurub. O, bir neçə gün əvvəl "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb.