Polşanın Jeşuv şəhərində keçiriləcək akrobatika üzrə Dünya kubokunun sonuncu mərhələsində bütün seriya üzrə ümumi hesabda qaliblər müəyyənləşəcək. Sport24.az xəbər verir ki, Azərbaycanın Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti Polşada birinci yerə əsas namizədlər sırasındadır.
Həmçinin Dünya kuboku mərhələsində Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovanın təmsil olunduğu qadınlar qrupu çıxış edəcək.
Qeyd edək ki, iyunun 27-29-da keçiriləcək yarışda 13 ölkədən 110-dan çox akrobat çıxış edəcək.