İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, ölkə çempionu "Bornmut"dan Miloş Kerkezi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Liverpul" macarıstanlı sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon funt-sterlinq təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin yayında "AZ Alkmar"dan transfer etmişdi. Macarıstan millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.