"Latsio" heyətini fransız futbolçu ilə gücləndirəcək. Sport24.az xəbər verir ki, İtaliya klubu Samuel Jiqonu transfer etmək üçün danışıqlara başlayıb.
"Marsel" 31 yaşlı müdafiəçini "Latsio"ya satmağa hazırdır. O, ötən mövsümü paytaxt təmsilçisinin heyətində icarə əsasında keçirib.
23 matçda fransız 2 qol vurub, 1 asist ötürmə edib. Təcrübəli futbolçu "Arl-Avinyon", "Kortreyk", "Gent", "Spartak"(Moskva) klublarının formasını geyinib.