Argentinanın ikinci divizionunda mübarizə aparan "San Telmo"nun 18 yaşlı futbolçusu Kamilo Nuin dizindən əməliyyat zamanı dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, Nuin menisk və dizdəki çarpaz bağdan əməliyyat olunub. Klub futbolçunun ölümünün konkret səbəbini açıqlamayıb.

 

Qeyd edək ki, Argentina Futbol Assosiasiyası Nuinin ölümü ilə bağlı başsağlığı verib.