"Əl-Nəsr" "Roma"nın müdafiəçisi Anhelinyonun transferində israrlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, romalılar 28 yaşlı ispaniyalının satışından əldə olunan gəliri "Brügge"dən Maksim De Kuyperin transferinə yönəltmək istəyir.

 

Bir müddət əvvəl mətbuatda Anhelinyonun Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"a keçidinin baş tutmadığı barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Anhelinyo 2024/25 mövsümündə "Roma"nın heyətində bütün yarışlarda 51 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi "canavarlar"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.