Vüsal İsgəndərli yeni komandasının heyətində "Partizani"də ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, o, komandasının Şimali Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq oyununda meydana çıxıb.
Albaniya klubu yerli "Rabotniçki" ilə qarşılaşıb. Matç Vüsalın komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
İsgəndərli bu görüşdə meydana start heyətində çıxıb. O, fasilədə əvəzlənib.