"Vitali Barisovdan gözləntilərimiz böyük idi, heyif özünü doğrultmadı". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə yığmanın sabiq üzvü Namiq Məmmədkərimov bildirib.
O, Yevgeni Kukseviçin millinin yeni baş məşqçisi təyin olunmasına münasibət bildirib:
"Yeni təyin olunan baş məşqçidən fərqli, Barisovun təcrübəsi yox idi. Ona görə vaxt verilməyini istədik, dəstək olduq. Yeni baş məşqçi bilinmir uğurlu olacaq, ya yox. Fransa çempionatında güclü futzalçıları olan komandaya rəhbərlik edib. Bu baxımdan məncə işinin öhdəsindən gələcək. Millimizə inanmaqdan başqa əlimizdən heç nə gəlmir. Baş məşqçinin kimliyindən asılı olmayaraq yığmamız müsbət nəticələr göstərməlidir. Futzalçılarımiz daim üzərlərində işləməlidirlər. Çoxlu yoldaşlıq görüşləri olmalıdır ki, yığmanın təcrübəsi artsın. Zəif nöqtələrimiz üzərində işləyək. Gənc ve perspektivli oyunçularımız çoxdur. Onlara inanmaq lazımdır".
Qeyd edək ki, Yevgeni Kukseviç bu il yanvarından "Araz-Naxçıvan"ın baş məşqçisidir.