Şəkidə "Sheki Open" beynəlxalq şahmat festivalı davam edir. Sport24.az xəbər verir ki, A və B turnirlərində 9 ölkədən 260 şahmatçı iştirak edir.

 

Əsas yarışda beş turdan sonra 13 yaşlı Xaqan Əhməd 4,5 xalla liderdir. O, ən yaxın izləyicilərini yarım xal qabaqlayır.

 

"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

 

Yarış İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyunun 25-də başa çatacaq.