Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. Sport24.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb.
Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq) və Əbil Yusubov (73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (66 kq) ilə Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, millimiz turnirdə 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.